ELM VƏ TƏHSİL


“Sözləri Hüseyn Cavidindir” kitabı çapdan çıxıb

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyi tərəfindən “Sözləri Hüseyn Cavidindir” not kitabı çap olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın tərtibçisi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

“Sözləri Hüseyn Cavidindir” kitabı Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin sözlərinə bəstələnmiş musiqi əsərlərinin not yazılarıdır.

Qeyd edək ki, Hüseyn Cavidin yaradıcılıq nümunələri hər zaman tanınmış bəstəkarlarımızın müraciət ünvanı olmuş, onun dram əsərlərinə, ayrı-ayrı şeirlərinə bir çox musiqi əsərləri, romanslar bəstələnib, “Ana” mənzum dramına isə ayrıca opera həsr edilib. Fikrət Əmirov, Cahangir Cahangirov, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarlarımız tərəfindən ədibin “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur”, “Səyavuş” əsərlərinin lirik nümunələri əsasında yaradılmış “Mənim tanrım”, “Niyə getdin”, “Çoban türküsü”, “Ellər ay ellər” mahnıları hər zaman dinləyicilərin rəğbətini qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.