MƏDƏNİYYƏT


“Sözün Natəvanı” kitabı çapdan çıxıb

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş “Sözün Natəvanı (Xurşidbanu Natəvana həsr edilən poemalar)” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabın tərtibçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, şair-publisist Fərid Hüseyndir. Kitabın ilk səhifəsində oxuculara Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı təqdim edilib.

Qeyd edək ki, kitabdakı əsərlər hələ sağlığında “Xanqızı”, “El anası” və “Tək inci” adlandırılan xeyriyyəçi, böyük şairə Xurşidbanu Natəvanın həyatına və yaradıcılığına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.