Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sözün sayəsində dünyanı dolaşdım

Sözün sayəsində dünyanı dolaşdım

Əməkdar jurnalist Flora Xəlilzadənin 65 yaşı tamam olur

Bakı, 21 avqust, AZƏRTAC

Onun yazılarını hamı oxuyur. Çünki nədən, kimdən yazmasına baxmayaraq hər zaman həqiqəti yazır, qəlbindən keçəni yazır, bəlkə də elə bu səbəbdən oxucu rəğbəti qazanır. Xalq şairi Məmməd Arazın poeziya bulağından su içən, professor Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaza bilməz.

Müsahibələrindən birində “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”, - söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə Azərbaycan publisistikasında öz sözünü demiş qələm sahiblərindəndir.

Bu günlərdə 65 yaşını qeyd edəcək sevimli həmkarım haqqında bildiklərimi, oxuduqlarımı, eşitdiklərimi oxucularla bölüşmək istədim.

İyirmi kitaba sığmayan məqalələr

Flora Xəlilzadə 1953-cü il avqustun 23-də Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində dünyaya göz açıb. Vağədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub. 1977-ci ildə ali təhsilini başa vuraraq “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yadigarlar” verilişinin yaradıcısı, layihə rəhbəri, oğlu Bəhruz Niftəliyevlə birgə aparıcısıdır.

Deyilənə görə, uşaq vaxtı anasının iradlarına baxmayaraq hündür ağaclara dırmanar, özünü yüksəkliklərdə görmək istəyərmiş. Elə ölkə mətbuatında da addım-addım irəliləyib, pillə-pillə yüksəlib, yuxusuz gecələri bahasına ad-san qazanıb Flora Xəlilzadə. İlk qələm təcrübəsindən sevilməyə başlayan Flora xanım nə öyrənməkdən usanıb, nə də yazıb-yaratmaqdan. O, gördüyü işin qarşılığında heç vaxt kimdənsə nə isə ummayıb. Yazmağı, özü də yaxşı yazmağı özünə bir jurnalist olaraq borc bilib. Bunu həm də dərs aldığı, dünyalar qədər sevdiyi unudulmaz müəllimləri qarşısında bir imtahan bilib. Sevənləri də olub, gözü götürməyənləri də. Hər bir yazısında öz dəstxətini göstərməyi bacarıb. Heç kimin demədiyini qələmə almağı, naqisliklərə irad tutmağı, qətiyyətini, dözümünü, iradəsini, mübarizə əzmini oxucularla bölüşməyi bacarıb. Qədirbilən oxucular onun sadiq dostları olub. Bəlkə də elə onların həvəsinə yazıb-yaradıb. Sayı-hesabı bilinməyən məqalələrini toplayıb, nə az, nə çox - 20 kitab ərsəyə gətirib. Bu kitablarda bir peşəkar qələm adamının hadisələrə həssas münasibəti, ağrısı-acısı hiss olunmaqdadır. Bu yazılarda bir vətənpərvərin yurd sevgisi, bir vətəndaşın qəlb ağrısı duyulur.

Onun publisistik məqalələri obrazlılığı, üslubu, təqdimatı, axıcılığı ilə oxucunu cəlb edir. Qələmə aldığı mövzuların poetik sərlövhələri həm də müəllifin həyata şairanə baxışından xəbər verir. Bu yazılarda, özü demişkən, “Söz uğrunda döyüşənlər” əks olunub. Xalq şairi Nigar Rəfibəyli haqqında yazdığı “Çəməndə çiçəklər, meşədə quşlar - poeziyamızda Nigarın şeirləri”, böyük yazıçımız Mir Cəlala həsr etdiyi “Sənətin şöhrət zirvəsi”, şair Qasım Qasımzadəyə həsr etdiyi “Zamanın ümmanında itən damlalar”, Xalq yazıçısı Əzizə Cəfərzadə haqqında “Xəyalımızda yanan işıq əbədi ayrılığın qüssəsi”, Xalq yazıçısı İlyas Əfəndiyevə yazdığı “Ədəbiyyatın solmayan çiçəkləri” və digər məqalələri oxucunun xəyal aləmini, həyata və dünyaya baxışını zənginləşdirir, insan həyatı daha dərindən dərk edir. Bu yazılar, müasirlərinin söylədiyi kimi, “zamansız yazılardır”.

Elmi, ədəbi-publisistik, tənqidi məqalələri ilə diqqət mərkəzində olan Flora Xəlilzadə haqqında müasirləri dəyərli fikirlər söyləyiblər. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli yazıb: “Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata sığınıb at oynadan, amma o atın üstündə duruş gətirməyənlərin sayından qat-qat azdır. Flora xanım o azlardan biridir və öz yazıları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır - ən yaxşı yazılar ən yaxşı insanlara oxşayır, təmiz, saf, mənən qürurlu, heç bir maddiyyat əsiri olmayıb, öz daxili azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə, dünyagörüşü ilə ölçülmür, həm də daxili mədəniyyətlə ölçülür. Bu daxili mədəniyyət tələb edir ki, nə yazırsan, kimdən yazırsan, hansı mövzuya, hansı problemə müraciət edirsən, təki yalana, jurnalist “oyunbazlığına” meyil eləmə. Həyatın nəfəsini öz nəfəsinə qatıb yazıya ver”.

Yadıma gül nənəm, nər babam düşdü...

Qırx ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda çalışan Flora Xəlilzadənin “Bənövşə ətirli səs”, “Analar”, “Bu mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa” və digər publisistik kitabları ilə yanaşı, ədəbi yaradıcılığının məhsulu olan “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitabları da çap olunub.

Onun şeirlərində peşəkarlıqla yanaşı, incə lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti oxucunu düşünməyə sövq edir:

Ulu Tanrım, üz tutmuşam adına,

Ürəyimi yaralayan zülüm var.

Mən yurdsuzu salarsanmı yadına,

Xəyalımda dağılmış bir elim var?..

Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində bəzən doğma Uruduna pərvazlanır, elinin, obasının, ocaq yerinin, anasının bişirdiyi çörəyin, ata yurdunun ətrini alır.

Qaya kimi sərt görünən, amma bənövşə kimi kövrək ürəyə malik Flora xanım məharətli qələm sahibi kimi öz sənətinin bütün sirlərinə bələddir, sözü deməyin, fikrini cilalamağın yolunu bilir, xəyalları, arzuları, həssas duyğuları ilə ürəklərə körpü salır:

Yenə bahar gəldi, qaynadı qanım,

Könlümə öz evim, öz obam düşdü.

Ölümü, dirimi gərəkdi anım,

Yadıma gül nənəm, nər babam düşdü...

Ürəyimsiz kəlmə yazan deyiləm...

Hər zaman dili saf, sözü kəsərli həmkarımın əsl elm, sənət və ədəbiyyat adamları haqqında ürəklə yazdığı yazılardan zövq almışam. O da həmişə M.Arazın “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdi yazanım...”, - fikrinə söykənib. Bu, həyatın, sənət fədailərinin ömrünün davamı deməkdir. Təmənnasız insanlığa və mədəniyyətə xidmət deməkdir.

Flora xanım özü hazırladığı, 7 cildlik nəzərdə tutulan “Yazdıqlarım” adlı külliyyatının I cildinin müqəddiməsində bu sevginin səbəbini daha gözəl izah edir: “Sözün dərgahında, sözün hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum deyə bilmərəm. Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşidənə necə çatdıra bilirsən? Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir...

Təsəllim budur ki, Sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz Sözün sayəsində dünyanı dolaşdım!”

Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni yaradıcılıq axtarışları və tükənməz sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini geniş kütləyə tanıdır, ömürlərə işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu gün təkcə özü mətbuatda külüng vurmur, həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə davam etdirirlər.

Flora Xəlilzadənin çəkdiyi zəhmət hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü kimi bir çox mükafatlara layiq görülüb. Onun aldığı mükafatları sadalasaq uzun bir siyahı alınar. Hər zaman yaradıcı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə aldığı “Tərəqqi” medalını və “Əməkdar jurnalist” fəxri adını isə həyatının ən böyük uğuru hesab edir.

Oxucuların gözündə publisist kimi məşhurlaşan, bəzən yazdığı şeirləri üzə çıxarmaq istəməyən, “məni publisist kimi tanıyın” deyən sevimli həmkarımıza cansağlığı, uzun ömür arzulayırıq! Müasir mətbuatımız onunla daha oxunaqlı, daha cəlbedicidir.

Zərəngiz Mansurova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib