SİYASƏT


Sözünüzü axıracan deyin, cənab Paşinyan!

Budapeşt, 16 may, AZƏRTAC

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” forumunda çıxış edərək deyib: “Biz XXI əsrdə absurd hesab edilən ayırıcı xətlərin, süni maneələrin və bağlı sərhədlərin əleyhinəyik, amma bizim qonşularımız belə maneələri saxlamaqda davam edir, təhlükəsizliyə təhdid və iqtisadi əngəllər yaradırlar”.

Görünür, Paşinyan “qonşular” dedikdə Azərbaycanı və Türkiyəni nəzərdə tutur. Həqiqətən, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edəndən sonra Azərbaycan və Türkiyə Ermənistanla sərhəd hissələrini bağlayıblar.

AZƏRTAC xəbər verir ki, Ermənistan baş nazirinin dedikləri ilk baxışda tamamilə doğrudur və bu məsələnin təfsilatını bilməyən obıvatel ehtiyatsızlıq edərək onun fikri ilə razılaşa da bilər. Lakin “A” deyəndən sonra “B” də demək lazımdır – Paşinyanın dediklərinin hamısı nəticədir, səbəbi isə o, biabırçı şəkildə gizlədir.

Paşinyan ayırıcı xətlərin əleyhinədir, Bakı və Ankara isə başqasının ərazisinin işğal edilməsinin əleyhinədirlər.

Paşinyan XXI əsrdə bağlı sərhədlər olmasını absurd hesab edir, bu sərhədləri bağlamış dövlətlər isə hələ XX əsrdən davam edən qeyri-qanuni işğalı absurd hesab edirlər.

Nəticə var, lakin səbəb də var. Buna görə də səbəbi gizlədərək təkcə nəticə barədə danışmağa dəyməz.

Bir absurd olmasa, ondan irəli gələn başqa absurd da olmaz.

Hər şey son dərəcə sadədir, cənab Paşinyan. Gələn dəfə sözünüzü axıracan deyin.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.