Şpaqaçılarımız Yunanıstada “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurub
AzerTAg.az
Bakı, 23 yanvar, AZƏRTAC
Yeniyetmə oğlan şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Raul Aruslanov 100-ə yaxın iştirakçı arasında 14-cü olub. Ən güclü 16-lığa kimi irəliləməyi bacaran Aruslanov pley-off mərhələsində keçirdiyi görüşlərdə yunan Azanasios Delidimitriou (15:5), ispan Jose Migel Martin Qamazoya (15:11) qalib gəlib. Şpaqaçımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Türkiyə təmsilçisi Murad Mericə 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Orxan Həsənli və Cəmil Hidayətov qrup mərhələsini uğurla adlayaraq pley-offda bir-birinə rəqib olub. 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Orxan Cəmilə 15:6 hesabı ilə qalib gəlsə də növbəti mərhələdə belçikalı Marton Mezingerə 4:15 hesabı ilə məğlub olub.
Görüşləri idarə edən hakimlər arasında təmsilçimiz Samir Hüseynov da var.


Xəbərin mətnində orfoqrafik səhv var