İDMAN


Spartakiada çərçivəsində stolüstü tennis yarışları keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası çərçivəsində qızlar arasında stolüstü tennis yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yekun nəticələrə görə ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri göstəriblər. İkinci yeri Azərbaycan Dövlət Pedaqoji, üçüncü yeri isə Bakı İdarəetmə və Texnologiya kolleclərinin stolüstü tennisçiləri tutublar.

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən yarışda 6 komanda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.