CƏMİYYƏT
Spirtli içki və siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları spirtli içki və siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 6000 ədəd “Parliament Heets” markalı siqaret və gömrük nəzarətinə bəyan olunmayan 16 ədəd 0,7 litrlik “Beluga Noble” markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.