DÜNYA


Spirtli içkilərdən ən çox istifadə edən ölkələrin adları açıqlanıb

Bakı, 28 noyabr, AZƏRTAC

“Trezvaya Rossiya” hərəkatının ekspertləri Avropada spirtli içkilərin istifadəsi və bu səbəbdən ölüm hallarının göstəricisi üzrə liderlik edən ölkələrin adlarını açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıya vətəndaşlarının ildə orta hesabla 15,35 litr spirt qəbul etdiyi Estoniya başçılıq edir. Onun ardınca isə Sloveniya, Lüksemburq, Danimarka və Latviya vətəndaşları gəlir.

Yunanıstan (6,52 litr), İtaliya (7,08 litr) və İsveç (7,18 litr) spirtli içkilərin ən az istifadə olunduğu ölkələrin arasında yer alıb.

Mütəxəssislər reytinqi tərtib edərkən Avropa İttifaqı ölkələrində qeydiyyata alınan və 15 yaşdan yuxarı əhalinin hər birinə düşən ortalama spirtli içki satışını və zərərli içkilərdən həddən artıq istifadə səbəbindən dünyasını dəyişənlərin sayını nəzərə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.