CƏMİYYƏT
Spirtli içkilərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 14 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “VAZ-21099” və “Hyundai Coupe” markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd “Nemiroff”, “Finlandia” və 20 ədəd “Koskenkorva Vodka” markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]