İDMAN


“Sport Time” jurnalı ilin ən yaxşı idmançılarını mükafatlandırıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Dekabrın 7-də “Sport Time” jurnalı “2017-ci ilin ən yaxşıları” nominasiyası üzrə qalibləri mükafatlandırıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə seçilmiş 20 idmançıya diplomlar təqdim edilib, qaliblər barədə məlumat verilib.

Jurnalın baş redaktoru Jalə Rzabəyli belə müsabiqələrin təşkilinin idmançıları yeni qələbələrə ruhlandırdığını vurğulayaraq bildirib: “Azərbaycanın idman ölkəsi kimi tanınmasında idmançılarımız əvəzsiz xidmətlər göstəriblər. Bu gün ölkəmizdə idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı öz bəhrəsini verməkdədir”.

Sonra idmançılarla bağlı videoçarx nümayiş etdirilib, 2017-ci ildə Azərbaycanın qazandığı idman nailiyyətləri barədə məlumat verilib.

Mükafat alanlar arasında idman ictimaiyyətinin tanınmış nümayəndələri, federasiyaların, idman kompleks və idarələrinin, turizm obyektlərinin təmsilçiləri və gənc idmançılar da yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.