DÜNYA


Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün “Sülh yürüşü” keçiriləcək

Sarayevo, 21 iyun, AZƏRTAC

Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də başlayan soyqırımından xilas olmaq istəyən bosniyalı vətəndaşların Tuzla şəhərinə getmək üçün istifadə etdiyi meşə yolunda “Sülh yürüşü” təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün iyulun 8-də 18-ci dəfə keçiriləcək yürüşdə beş min nəfərin iştirak edəcəyi gözlənilir.

İyulun 11-də isə Srebrenitsa-Potoçari qəbiristanlığında ötən müddət ərzində cəsədlərinin qalıqları aşkarlanan soyqırımı qurbanlarının kütləvi dəfn mərasimi keçiriləcək.

Qeyd edək ki, Srebrenitsa soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilir.

1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırımı 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.

Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dək soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.