Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri  cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə, ölkənizin Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və yaxın əməkdaşlıq ölkələrimizin qarşılıqlı mənafeyi naminə gələcək illərdə daha da güclənəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şəxsi rifah, Azərbaycan Respublikasının xalqına isə davamlı inkişaf və firavanlıq arzularımı qəbul edin.

Hörmətlə,

 

Maytripala Sirisena

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin