DÜNYA


Şri-Lankada etirazçılar prezidentin istefasına nail olmaq istəyirlər

Bakı, 13 may, AZƏRTAC

Şri-Lankada etirazçılar prezidentin yeni Baş nazir təyin etməsinə baxmayaraq, nümayişləri davam etdirmək niyyətindədirlər.

AZƏRTAC “The Times of India” qəzetinə istinadla xəbər verir ki, nümayişçilər ölkə prezidenti Qotabayya Racapaksanın istefasına nail olmaq istədiklərini bəyan ediblər.

“Mübarizəni xalqımız ədalətə qovuşduqdan sonra dayandıracağıq. Kimin Baş nazir təyin olunmasından asılı olmayaraq, bu mübarizəni davam etdirəcəyik”, - deyə etirazçıların nümayəndəsi Camalac Şivakumara bildirib. Onun sözlərinə görə, prezident ölkədə yaranan iqtisadi böhrana görə məsuliyyət daşıyır.

Kütləvi nümayişlərdən sonra müxalifət sıralarından təyin olunan yeni Baş nazir Ranil Vikramasinqh bu gün birlik hökumətini formalaşdırmalıdır.

Hazırda Şri-Lanka müstəqillik əldə etdiyi 1948-ci ildən bəri ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Şri-Lankanın 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.