DÜNYA


Şri-Lankada güclü yağış və külək 3 nəfərin ölümünə səbəb olub

Pekin, 10 sentyabr, AZƏRTAC

Şri-Lankada son üç gündür müşahidə edilən güclü yağış və külək 3 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təbiət hadisələri 50 mindən çox sakinə mənfi təsir edib. Şri-Lankanın Fövqəladə Halların İdarəedilməsi Mərkəzinin məlumatına əsasən, ölüm halları paytaxt Kolombo, habelə Ratnapura və Qampaha şəhərlərində qeydə alınıb. Ölkədə 40 ev tamamilə, 700 ev isə qismən dağılıb, 400 nəfər təxliyə edilib. Hava pisləşəcəyi təqdirdə riskli zonalarda yaşayan sakinlərin təxliyəsi nəzərdə tutulub.

Meteorologiya Departamenti qarşıdakı bir neçə gündə yağışlı və küləkli hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.