DÜNYA


Şri-Lankada silsilə partlayışlarla əlaqədar komendant saatının tətbiqinə başlanılıb

Bakı, 21 aprel, AZƏRTAC

Şri-Lankada kilsə və hotellərdə törədilmiş silsilə partlayışlarla əlaqədar ölkədə komendant saatının tətbiqinə başlanılıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumətin təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul etdiyi qərara əsasən saat 18:00-dan səhər 6:00-dək komendant saatı qüvvədə olacaq.

Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib. Şri-Lanka Prezidentinin katibi Udaya Senevirant deyib ki, bu qərarlar müvəqqəti xarakter daşıyır.

Bildirilir ki, paytaxtdakı "Bandaranaike" beynəlxalq hava limanından bütün daxili uçuşlar təxirə salınıb. Yerli mətbuatın xəbərlərinə əsasən hüquq-mühafizə orqanları partlayışlarla əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Qeyd edək ki, aprelin 21-də səhər saatlarında 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxt Kolombonun kənar yaşayış hissələrində törədilmiş partlayışlar nəticəsində 200-dən çox adam ölüb, 500-ə yaxın insan yaralanıb. Kilsələrdə dini ayınlərin yerinə yetirildiyi vaxta təsadüf etdiyindən partlayış ölən və yaralananların sayının çox olmasına səbəb olub. Şri-Lanka əhalisinin təxminən 7,4 faizi xaçpərəstlər, onun da 82 faizi katoliklərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.