DÜNYA
Şri-Lankada terror aktı zamanı ölən türkiyəli mühəndislərin cənazəsi Adıyamana gətirilib
Ankara, 23 aprel, AZƏRTAC
Şri-Lankada aprelin 21-də törədilmiş silsilə terror aktları zamanı həyatlarını itirən iki türkiyəlinin cənazəsi vətənləri Adıyamana gətirilib.
AZƏRTAC xəbər verir ki, terror aktında ölən 34 yaşlı Serhan Selçuk Nariçi inşaat, 25 yaşlı Yiğit Ali Çavuş isə elektrik mühəndisi olub.
Ən son məlumata görə, Pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 321 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Qanlı hadisələrdən sonra həyata keçirilən antiterror əməliyyatları nəticəsində böyük həcmdə partlayıcı ələ keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
- 19.03.2024 [13:34]
Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb
- 19.03.2024 [13:02]