DÜNYA


Şri-Lankada terror aktının mümkün icraçısı partlayış ərəfəsində videoya düşüb VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

“Sky News” telekanalı Şri-Lankada baş verən terror aktlarından birinin mümkün icraçısının görüntüsü olan videonu yayımlayıb.

AZƏRTAC xəbər verir ki, partlayışdan bir neçə saniyə öncə çəkilən kadrlarda iri çantalı qaraşın kişinin küçə ilə kilsəyə tərəf getdiyi görünür. O, binaya daxil olan anda videoçəkiliş kəsilir.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 321 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Daha bir partlayıcı qurğu isə aprelin 22-də Kolombo şəhərində yük maşınında aşkarlanıb və zərərsizləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan 41 insanın cəsədi hələ də tanınmamış qalır.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən 40 nəfəri saxlayıb. Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tayhid camaatı” qruplaşmasının üzərinə qoyub. Onlar hesab edirlər ki, bu partlayışlar Yeni Zelandiya məscidlərində törədilmiş terror hadisəsinə cavabdır.

Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.