DÜNYA
Şri-Lankada törədilən partlayışlarda ölənlərin sayı 160-a çatıb YENİLƏNİB
Bakı, 21 aprel, AZƏRTAC
Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 160 nəfər ölüb, 400-dək insan yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ilk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki "Müqəddəs Antoni" kilsəsində Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib. İkinci partlayış Neqombo şəhərindəki "Müqəddəs Sebastian" kilsəsində, üçüncü isə Battikaloa şəhərindəki kilsədə törədilib. Bundan başqa, beşulduzlu 3 hoteldə də partlayış olub.
Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Polis dövlət qurumlarına və əhaliyə mümkün yeni partlayışlarla əlaqədar xəbərdarlıq edib. Orta məktəblərdə dərslər ikigünlük təxirə salınıb. Əhalinin sıx olduğu yerlərdə, o cümlədən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.