DÜNYA
Şri-Lankanın katolik kilsələri sabitlik yarananadək bağlı qalacaq VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Ölkədə təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşana qədər qədər Şri-Lankanın katolik kilsələri bağlı qalacaq.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar təhlükəsizlik xidmətlərinin tövsiyəsinə əsasən çıxarılıb. Yerli məbədlərin birinin nümayəndəsi deyib ki, kilsələr bağlanacaq və növbəti göstərişə qədər mərasimlər keçirilməyəcək.
Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Terror aktları nəticəsində 359 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Hücumların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
Şri-Lanka polisi indiyədək partlayışlarla əlaqədə şübhəli bilinən 76 nəfəri saxlayıb.
Bu gün səhər ölkənin qərbində yeni partlayış barədə xəbərlər yayılıb. Ada Derena nəşrinin məlumatına görə, o qədər də güclü olmayan partlayış şəhər məhkəməsinin yaxınlığında baş verib. Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]