“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək
AzerTAg.az
Bakı, 28 aprel, AZƏRTAC
ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil satışa çıxarılacaq. Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mayın 19-da saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küçəsi,ev 15 mən 1 ünvanda keçiriləcək. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 milyon 900 min manat, iştirak haqqının məbləği 500 manat, behin məbləği 19 min manatdır. Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
|
Daşınmaz əmlakın təsviri |
Ünvanı |
Ümumi sahəsi |
Satış qiyməti AZN |
İştirak haqqı AZN |
Beh AZN |
|
Rekonstruksiya işlərindənsonra birləşdirilmiş 4 mənzil. Ofis kimi istifadə olunmuşdur |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
359 m² |
1 900 000 |
500 |
19 000 |
|
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
|||||
|
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
|||||
|
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
Sığorta Şirkətinin ləğvetmə komissiyasından bildirilir ki, mayın 19-da keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir. Birinci hərrac satışı aprelin 23-də keçirilib, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olunub. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq satışa çıxarılan əmlakın qiymətində (2 milyon manat) 5 faiz endirim edilmiş qiymət 1 milyon 900 min manat olub.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904
Şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var












