“Standard Insurance”ın əmlaklarının satışı ilə bağlı təkrar hərrac keçiriləcək
AzerTAg.az

Bakı, 5 oktyabr, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1,5 milyon manatdan 5 faiz aşağı olmaqla, yəni 1,425 milyon manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılıb.
Şirkətin Ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən oktyabrın 11-i saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 14 min 250 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair linkdən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var