DÜNYA


“Standard & Poor's” İtaliyanın kredit reytinqini yeniləyib

Roma, 28 iyul, AZƏRTAC

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi İtaliyanın kredit reytinqi üzrə proqnozunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, agentlik İtaliyanın kredit reytinqini “BBB/A-2” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozunu isə “müsbət”dən “stabil”ə dəyişib. Buna səbəb kimi İtaliyanın Baş naziri Mario Draqinin istefası və sentyabrın 25-də keçiriləcək növbədənkənar seçkilər fonunda ölkədəki siyasi qeyri-müəyyənlik göstərilib.

Açıqlamada sabit proqnozun İtaliya iqtisadiyyatı və dövlət maliyyəsi üçün riskləri əks etdirdiyi bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.