İQTİSADİYYAT
“Standard&Poor's”un nümayəndələri suveren kredit reytinqini müəyyənləşdirmək üçün Azərbaycanda səfərdədir
Bakı, 28 noyabr, AZƏRTAC
"Standard&Poor's" beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdədir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reytinq agentliyinin nümayəndələri ilə görüşdə ölkəmizdə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində MBNP-nin gördüyü işlər, əldə olunan uğurlar və bu sahədə qurumun üzərinə düşən vəzifələr barədə məlumat verilib.
Həmçinin "Standard&Poor's"un nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud situasiya və sair barədə sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]