MƏDƏNİYYƏT
“Star Wars” serialının doqquzuncu epizodunun videoçarxı ictimaiyyətə təqdim olunub
Bakı, 15 aprel, AZƏRTAC
“Star Wars” serialının “The rise of Skywalker” adlı doqquzuncu videoçarxı artıq nümayiş olunmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, amerikalı kinorejissor Ceffri Ceykob Abrams tərəfindən çəkilən filmin doqquzuncu epizodu dekabrın 20-də ekranlara çıxacaq.
Baxmayaraq ki, filmə təşkilatçılıq edən “Lucasfilm” bu epizodla “Star Wars” trilogiyasının tamamlanmasını rəsmən təsdiqləməyib, bir çox izləyicilər “Skywalker” ailəsinə mənsub olan seriyalara son qoyulduğunu düşünürlər. Ancaq filmin yekunlaşdığı inandırıcı deyil, çünki 1977-ci ildən çəkilən “Star Wars” öz yaradıcılıq imkanlarını kinodan tutmuş video oyunlara qədər genişləndirməkdə davam edir.