DÜNYA


“Starbucks” Romada ilk mağazasını açıb

“Starbucks” Romada ilk mağazasını açıb

Roma, 7 aprel, AZƏRTAC

ABŞ-ın “Starbucks” qəhvə restoranları şəbəkəsi İtaliyanın paytaxtı Romada ilk mağazasını açıb.

AZƏRTAC xəbər verir ki, kapuçino və espressonun paytaxtı sayılan Roma “Starbucks”a illərdir müqavimət göstərirdi. Həm İtaliya ictimaiyyəti, həm də siyasətçilər “Starbucks”ın ölkədə mağaza açmasına qarşı çıxırdılar. “Starbucks”ın ilk mağazası Romanın Castel Romano bölgəsində yerləşir.

Qeyd edək ki, “Starbucks” qəhvə restoranları şəbəkəsinin qurucusu Hovard Şults 1983-cü ildə Milanda espresso içərkən piştaxtada 1 avroluq kofe içmək vərdişini müşahidə edib və şirkət qurmaq qərarına gəlib. Bu səbəbdən “Starbucks” İtaliya bazarına daxil olan zaman böyük reaksiya ilə qarşılaşıb.

“Starbucks” İtaliya bazarına 2018-ci ildə daxil olaraq Milanda ilk mağazasını açıb və o vaxtdan bəri 16 filial istifadəyə verilib. Dünyada 34 mindən çox mağazası olan “Starbucks” Florensiya və Romadakı mağazalarından başqa, digər bütün filialları İtaliyanın şimalında yerləşir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.