DÜNYA


“Starship” kosmik gəmisinin növbəti prototipi sınaqdan keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

Ay və Mars planetlərinə idarəolunan uçuşlar üçün hazırlanan “Starship” kosmik gəmisinin növbəti prototipi mayın 4-5-də suborbital sınaq uçuşlarına başlaya bilər.

AZƏRTAC ixtisaslaşmış Next Spaceflight saytına istinadla xəbər verir ki, “Starship SN15” gəmisinin mühərriklərində dəfələrlə statik alov sınaqları keçirilib. Prototip fəzaya göndərilmək üçün “SpaceX” kompaniyasının Texas ştatının cənub-şərqində yerləşən poliqonundakı start meydançasına quraşdırılıb.

Sınaqlar çərçivəsində SN15 prototipi 10 kilometr hündürlüyə qalxacaq, mühərriki aerodinamik əyləclə söndürüləcək, sonra şaquli vəziyyət almaq və start meydançasına yumşaq eniş etmək üçün yenidən işə salınacaq.

Qeyd edək ki, “Starship” prototipinin bundan öncəki dörd suborbital sınaqları uğursuz nəticələnib. Aparatların hamisi mühərriklərində yaranan texniki nasazlıqlar səbəbindən eniş zamanı qəzaya uğrayıb. Bu il martın 30-da keçirilən sonuncu sınaq zamanı SN11 prototipi şaquli enişdən bir dəqiqə öncə partlayıb. “SpaceX” kompaniyasının banisi İlon Maskın sözlərinə görə, partlayışa və mühərrikin yanmasına metan qazının sızması səbəb olub.

Aprel ayının sonlarında İlon Mask əvvəlki versiyalarla müqayisədə SN15 prototipi üzərində yüzlərlə konstruktiv dəyişiklik edildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.