DÜNYA


“Starship” kosmik gəmisinin prototipinin ilk uğurlu enişinin videosu yayılıb VİDEO

Bakı, 6 may, AZƏRTAC

“SpaceX” kompaniyası “Starship” kosmik gəmisinin prototipinin ilk uğurlu enişinin videosunu dərc edib.

AZƏRTAC kompaniyanın saytına istinadla xəbər verir ki, “Starship SN15” prototipi “SpaceX”in Texas ştatının cənub-şərqində yerləşən poliqonundakı start meydançasında yerə enib. Məlumata əsasən, seriya nömrəsi SN15 olan gəmi prototipi enişdən öncə 10 kilometr yüksəyə qalxıb.

Qeyd edək ki, “Starship” prototipinin bundan öncəki dörd suborbital sınaqları uğursuz nəticələnib. Aparatların hamısı mühərriklərində yaranan texniki nasazlıqlar səbəbindən eniş zamanı qəzaya uğrayıb. Bu il martın 30-da keçirilən öncəki sınaq zamanı SN11 prototipi şaquli enişdən bir dəqiqə öncə partlayıb. “SpaceX” kompaniyasının banisi İlon Maskın sözlərinə görə, partlayışa və mühərrikin yanmasına metan qazının sızması səbəb olub.

İlon Mask aprel ayının sonlarında bildirib ki, əvvəlki versiyalarla müqayisədə SN15 prototipi üzərində yüzlərlə konstruksiya dəyişikliyi edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.