MƏDƏNİYYƏT


“Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi təşkil ediləcək

Bakı, 4 avqust, AZƏRTAC

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı, “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi təşkil edir. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

AZƏRTAC “Arts Council Azerbaijan”a istinadən xəbər verir ki, hamı sərgidə iştirak etməyə dəvətlidir. Mövzu sərbəstdir. Əsərin minimal ölçü 50x70 olmalıdır. İştirak üçün müəllif əsərlərin fotosunu, ölçüsünü, adını və əlaqə nömrəsini qeyd edərək avqustun 31-dək göstərilən [email protected] elektron ünvana göndərməlidir.

Sərginin kuratoru Natalya Yarkovayadır. “Start” layihəsinin əsas məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

Sərginin sentyabrda Art Tower qalereyasında keçirilməsi planlaşdırılır.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, rəssamları tanıtdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.