İQTİSADİYYAT


Startap komandası Azərbaycan Ordusuna dəstək məqsədilə təqdirəlayiq addım atıb

Bakı, 22 oktyabr, AZƏRTAC 

Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İdeyadan Biznesə – İ2B” startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülmüş Azərbaycan Tibb Universitetinin “Palliativ+” startap komandası Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər zaman insanların sağlamlığının qayğısına qalan “Palliativ+” üzvləri Azərbaycan Ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.

Qrup üzvləri – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.