CƏMİYYƏT


Startapçılarla investorların görüşü keçirilib

Bakı, 13 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub. Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Demo Day”də aqro, təhsil, maliyyə, İKT, logistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən, ümumilikdə, 8 startap çıxış edib.

“Mr.Bee”, “Onepoint”, “Nextsale”, “11Delivery”, “Triple”, “Vriendly”, “Whelp” və “Neuroil” komandaları investorlar qarşısında öz təqdimatlarını edib.

Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri 12 həftəlik akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.

Tədbir çərçivəsində bir sıra şirkətlər məzun startapçılarla maraqlanıb və investisiyaların yatırılması ilə bağlı danışıqlara başlanılıb.

“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Qeyd edək ki, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədilə intensiv akselerasiya proqramı həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.