CƏMİYYƏT
“Startaplar və innovativ biznes” üzrə ödənişsiz ustad dərsinə qeydiyyat başlayıb
Bakı, 1 iyul, AZƏRTAC
"Startaplar və innovativ biznes" üzrə ödənişsiz ustad dərsinə qeydiyyat başlayıb.
Cavan Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, ustad dərslərində startap və biznesə başlamaq istəyən cavanlar üçün zəruri olan biliklər, biznes sahəsində qabaqcıl təcrübənin tətbiqi, innovativ yanaşma üsulları və s. haqda məlumatlar veriləcək.
Təlimçi isə “FemTech” platformasının təsisçisi və icraçı direktoru, müxtəlif beynəlxalq təcrübəyə əsaslanan startap proqram və tədbirlərinin təşkilatçısı Nəzrin Əsgərzadədir. O, startap komandaları ilə birbaşa işləyərək məhsulun yerli və qlobal bazarda rəqabət apara bilməsi üçün onlara mentorluq edir.
O, həmçinin Pakistan “IBA AMAN Center of Entrepreneurial Development” Universitetinin “Sahibkarlıq və Biznesin idarəedilməsi” və Almaniya “ University of Applied Science Koblenz”in “Global Job Skills, Employability and Leadership” proqramının məzunudur.
Təlimdə iştirak üçün link vasitəsilə qeydiyyatdan keçməyiniz mütləqdir: https://forms.gle/r3NHvmm9Eb4Tgi5w7
Ustad dərsləri Gənclər Təşkilatlarının Resurs Mərkəzində (Globus Centre, 13-cü mərtəbə) iyulun 4-də təşkil olunacaq.
Qeyd olunub ki, təlim "Cavan Trainings" layihəsi çərçivəsində keçirilir və iştirak üçün ödəniş tələb olunmur.