İQTİSADİYYAT
Startaplar və sahibkarlar üçün seminar təşkil edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlıq subyektləri üçün “İş yerində bədən dili” mövzusunda seminar keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mikro, kiçik və orta biznes subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə agentlik tərəfindən dövlət-özəl əməkdaşlığı çərçivəsində mütəmadi olaraq birgə təlim, seminar, treninq və bu kimi tədbirlər təşkil olunur, sahibkarlar maarifləndirilir.
Tədbirdə “EduMark Consulting” şirkəti tərəfindən startaplara və sahibkarlara, o cümlədən gənc və qadın sahibkarlara iş mühitində rəhbər və digər şəxslərlə münasibətlərin idarə olunması, effektiv əlaqələrin qurulması, “bədən dili”ndən (jest, mimika və sair) düzgün istifadə barədə nəzəri və praktik məlumatlar təqdim olunub.