“Startaplarda satış strategiyası” - tələbələr üçün seminar
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Startaplarda satış strategiyası" mövzusunda seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İnnovativ Biznes İnkubatorun rəhbəri Nəsibə Əmirbəyova, Yeni Klubun rəhbəri Nesin Hüseynova və tələbələr iştirak ediblər.
TOT (Təlimçilər üçün Təlim) layihəsinin moderatoru, təlimçi, həmçinin “Soliton Group”un 86 filialının satış rəhbəri Natiq Rəcəbov tələbələrə satış, əmək bazarı və startaplarda satışın əhəmiyyəti haqqında məlumat verib. Daha sonra vörkşop keçirilib və tələbələr komanda şəklində bölünərək startap ideyası və biznes plan qurublar.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var