İQTİSADİYYAT


“Startup School”da ilk mərhələnin qalibləri açıqlanıb

“Startup School”da ilk mərhələnin qalibləri açıqlanıb

Bakı, 30 mart, AZƏRTAC

“Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsi olan “StartUp School”da ilk seçim mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva qeyd edib ki, müsabiqədə iştirak üçün ümumilikdə 200 layihə təqdim edilib. İlk mərhələnin sonunda seçilən 32 layihə arasında Türkiyə (bu ölkədən 7 layihə qalib olub), Almaniya və İrlandiyadan olan layihələr var.

Portal rəhbəri əlavə edib ki, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapların öz layihələrini https://enterpriseazerbaijan.gov.az/ saytında qeydiyyatdan keçirmək, Azərbaycanda startap ekosisteminə daxil olmaq üçün mümkün dəstək göstəriləcək.

“StartUp School”da ilk seçim mərhələsini qazanan layihələrlə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://startupschool.az/en

“StartUp School”un rəsmi açılışı aprelin 3-də baş tutacaq.

Qeyd edək ki, “StartUp School”u təqdim edən enterpriseazerbaijan.gov.az Portalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə yaradılıb. Portalın operatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.