İQTİSADİYYAT


Statistik vahidlәrin sayı 4,7 faiz artıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr ayları әrzindә statistik vahidlәrin (fәrdi sahibkarlar istisna olmaqla) sayı 4,7 faiz artaraq oktyabrın 1-i vәziyyәtinә 153 min 157 olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә”, “Nәqliyyat vә anbar tәsәrrüfatı”, “İnzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi”, “Әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi”, “İnformasiya vә rabitә”, “Emal sәnayesi”, “Peşә, elmi vә texniki fәaliyyәt”, “Su tәchizatı; tullantıların tәmizlәnmәsi vә emalı” vә “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri” sahәlәrindә nәzәrәçarpacaq dәrәcәdә olub. “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi”, “Tikinti”, “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq” vә “Peşә, elmi vә texniki fәaliyyәt” sahәlәrindәki statistik vahidlәrin xüsusi çәkisi daha yüksәkdir. Xüsusi mülkiyyәtә aid olan statistik vahidlәrin әsas hissәsi “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri” (30,2 faiz), “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” (19,2 faiz), “Tikinti” (9,9 faiz), “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq” (7,7 faiz), “Peşә, elmi vә texniki fәaliyyәt” (6,9 faiz) vә “Emal sәnayesi” (5,7 faiz) sahәlәrinin payına düşür.

Reyestrdә qeydiyyatdan keçmiş statistik vahidlәrdәn tam xarici investisiyalı vә birgә müәssisәlәr әsasәn Türkiyә (21,8 faiz), İran (10,6 faiz), Rusiya (4,7 faiz), Böyük Britaniya (4,3 faiz), ABŞ (1,7 faiz) vә Almaniya (1,1 faiz) kimi ölkәlәrin sahibkarları tәrәfindәn yaradılıb. Bu ilin yanvar-sentyabr ayları әrzindә lәğv edilmiş statistik vahidlәrin 21,4 faizi “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, 16,5 faizi “Maliyyә vә sığorta fәaliyyәti”, 11,8 faizi “Peşә, elmi vә texniki fәaliyyәt”, 10,2 faizi “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi”, 7,5 faizi “Tikinti” sahәlәrindә, qalanları isә digәr bölmәlәrin payına düşür.

Bu dövrdә yeni yaradılmış statistik vahidlәrin 33,2 faizi “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, 9,4 faizi “Tikinti”, 8,2 faizi “Peşә, elmi vә texniki fәaliyyәt”, 8,1 faizi “İnzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi”, 7,3 faizi “Emal sәnayesi”, 7,1 faizi “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” sahәlәrinin, qalanları isә digәr bölmәlәrin payına düşür. Cari ilin yanvar-sentyabr ayları әrzindә yeni yaradılmış statistik vahidlәrin 97,9 faizi xüsusi mülkiyyәtli (o cümlәdәn 14,3 faizi tam xarici investisiyalı, 1,8 faizi birgә mülkiyyәtli), 2,1 faizi isә dövlәt mülkiyyәtli müәssisәlәrin payına düşür. Qeydiyyatda olan statistik vahidlәrin 59,9 faizi Bakıda yerlәşib. Hesabat dövründә yeni yaradılmış statistik vahidlәrin 82,8 faizi Bakıda, 5,4 faizi Abşeron, 3,6 faizi Aran, 2,7 faizi Gәncә-Qazax, 1,5 faizi Lәnkәran, 1,4 faizi Şәki-Zaqatala vә qalanları isә digәr iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlәrin yaradılması prosesi Bakı şәhәrindә (6,5 faiz), Abşeron iqtisadi rayonunda (3,8 faiz), Gәncә-Qazax iqtisadi rayonunda (2,2 faiz), Şәki-Zaqatala iqtisadi rayonunda (1,9 faiz), Naxçıvan Muxtar Respublikası vә Dağlıq Şirvan iqtisadi rayonunda (hәr birindә 1,8 faiz), Quba-Xaçmaz iqtisadi rayonunda (1,7 faiz), Lәnkәran vә Aran iqtisadi rayonlarında (hәr birindә 1,5 faiz) daha fәal olub. Bu dövrdә Bakı şәhәri üzrә 228, Aran iqtisadi rayonu üzrә 26, Abşeron iqtisadi rayonu üzrә 19, Naxçıvan Muxtar Respublikası üzrә 18, Gәncә-Qazax iqtisadi rayonu üzrә 10, Quba-Xaçmaz iqtisadi rayonu üzrә 9, Lәnkәran iqtisadi rayonu üzrә 4, Şәki-Zaqatala vә Dağlıq Şirvan iqtisadi rayonlarının hәr biri üzrә 3, Yuxarı Qarabağ vә Kәlbәcәr-Laçın iqtisadi rayonlarının hәr biri üzrә isә bir statistik vahid lәğv edilib.

Oktyabrın 1-i vәziyyәtinә ölkәdә mövcud olan mikro, kiçik, orta vә iri sahibkarlıq subyektlәrinin (fәrdi sahibkarlar istisna olmaqla) sayı Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qәrarı ilә tәsdiq edilmiş “Mikro, kiçik, orta vә iri sahibkarlıq subyektlәrinin bölgüsü meyarları”na uyğun olaraq işçilәrin orta siyahı sayı vә illik gәliri meyarı әsasında müәyyәn edilib. Göründüyü kimi, oktyabrın 1-i vәziyyәtinә ölkә üzrә kommersiya tәşkilatlarının ümumi sayının 92 faizini mikro sahibkarlıq subyektlәri tәşkil edib vә onların әsas hissәsi ticarәt (32 faiz), digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi (16,1 faiz), tikinti (10,3 faiz) vә kәnd tәsәrrüfatı (8,2 faiz) sahәlәrindә yaradılıb. Oktyabrın 1-nә ölkә üzrә kommersiya tәşkilatlarının ümumi sayının 5,4 faizini kiçik sahibkarlıq subyektlәri tәşkil edib. Onların әsas hissәsi ticarәt (29,3 faiz), tikinti (12,8 faiz), emal sәnayesi (9,4 faiz) vә peşә, elmi vә texniki fәaliyyәt (7,3 faiz) sahәlәrindә yaradılıb. Ölkә üzrә kommersiya tәşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektlәri tәşkil edib vә onların әsas hissәsi ticarәt (25,5 faiz), tikinti (16,3 faiz), emal sәnayesi (12 faiz) vә nәqliyyat vә anbar tәsәrrüfatı (5,6 faiz) sahәlәrindә yaradılıb. Ölkә üzrә kommersiya tәşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektlәri tәşkil edib vә onların әsas hissәsi ticarәt (18,3 faiz), emal sәnayesi (15,4 faiz), tikinti (15,1 faiz) vә nәqliyyat vә anbar tәsәrrüfatı (6,7 faiz) sahәlәrindә yaradılıb. Mikro sahibkarlıq subyektlәrinin 63 faizi Bakıda, 10,8 faizi Aran, 7,2 faizi Abşeron, 4,9 faizi Gәncә-Qazax, 4,7 faizi Lәnkәran, qalanları isә digәr iqtisadi rayonlarda yaradılıb. Kiçik sahibkarlıq subyektlәrinin 66,9 faizi Bakıda, 8,9 faizi Aran, 5,9 faizi Gәncә-Qazax, 5,8 faizi Abşeron, 2,8 faizi Şәki-Zaqatala, qalanları isә digәr iqtisadi rayonlarda açılıb. Orta sahibkarlıq subyektlәrinin 63,2 faizi Bakıda, 9,4 faizi Aran, 5,9 faizi Abşeron, 5,8 faizi Gәncә-Qazax, 4 faizi Şәki-Zaqatala, qalanları isә digәr iqtisadi rayonlardadır. İri sahibkarlıq subyektlәrinin 76,5 faizi Bakıda, 6,5 faizi Abşeron, 6,2 faizi Aran, 4 faizi Gәncә-Qazax, qalanları isә digәr iqtisadi rayonlarda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.