İQTİSADİYYAT


Statistik vahidlərin sayı artıb

Bakı, 24 iyul, AZƏRTAC

Yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3,6 faiz artaraq iyulun 1-i vəziyyətinə 161 min 53 olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Emal sənayesi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Maliyyə və sığorta fəaliyyəti” və “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,6 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,4 faiz), “Tikinti” (10 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,5 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7 faiz) və “Emal sənayesi” (5,8 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (21,1 faiz), İran (10,3 faiz), Rusiya (4,4 faiz), Böyük Britaniya (3,7 faiz), ABŞ (1,5 faiz) və Almaniya (1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.

Cari ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş statistik vahidlərin 31,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,4 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 11,1 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,2 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 36,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,4 faizi “Tikinti”, 8,6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,6 faizi “Emal sənayesi”, 5,4 faizi “Nəqliyyat və anbar təsərrüfatı”, 5 faizi “İnformasiya və rabitə” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Yanvar-iyun aylarında yeni yaradılmış statistik vahidlərin 98,5 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,5 faizi birgə mülkiyyətli), 1,4 faizi dövlət mülkiyyətli, 0,1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 61 faizi Bakıda yerləşib.

Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 80,1 faizi Bakıda, 6,6 faizi Abşeron-Xızı, 2 faizi Lənkəran-Astara, 1,8 faizi Gəncə-Daşkəsən, 1,6 faizi Şəki-Zaqatala, 1,4 faizi Qarabağ və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (4,8 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (3,6 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda (2,2 faiz), Gəncə-Daşkəsən iqtisadi rayonunda (2,1 faiz), Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarında (hər birində 1,8 faiz), Şəki-Zaqatala iqtisadi rayonunda (1,7 faiz), Lənkəran-Astara iqtisadi rayonunda (1,6 faiz), Naxçıvan Muxtar Respublikasında (1,5 faiz) daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 110, Lənkəran-Astara iqtisadi rayonu üzrə 34, Şirvan-Salyan iqtisadi rayonu üzrə 14, Naxçıvan Muxtar Respublikası üzrə 12, Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Abşeron-Xızı iqtisadi rayonlarının hər biri üzrə 11, Mərkəzi Aran iqtisadi rayonu üzrə 10, Qarabağ iqtisadi rayonu üzrə 5, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 4, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3, Qazax-Tovuz iqtisadi rayonu üzrə 1 statistik vahid ləğv edilib.

İyulun 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib. Göründüyü kimi, 2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 93 faizini mikro sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (32,7 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (15,1 faiz), tikinti (10,3 faiz) və kənd təsərrüfatı (7,8 faiz) sahələrində yaradılıb. İyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,8 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (24,9 faiz), tikinti (13,4 faiz), emal sənayesi (10,1 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,8 faiz) sahələrində yaradılıb.

2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (19,6 faiz), tikinti (16,9 faiz), emal sənayesi (12,6 faiz) və peşə, elmi və texniki fəaliyyət (6,4 faiz) sahələrində yaradılıb. 2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (17,6 faiz), emal sənayesi (16,6 faiz), tikinti (12,2 faiz) və nəqliyyat və anbar təsərrüfatı (8,7 faiz) sahələrində yaradılıb. Mikro sahibkarlıq subyektlərinin 64,4 faizi Bakıda, 7 faizi Abşeron-Xızı, 4,4 faizi Lənkəran-Astara, 3,4 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik sahibkarlıq subyektlərinin 64,0 faizi Bakıda, 6,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 3,7 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta sahibkarlıq subyektlərinin 59 faizi Bakıda, 6,3 faizi Abşeron-Xızı, 4,3 faizi Şəki-Zaqatala, 4,2 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. İri sahibkarlıq subyektlərinin 72,4 faizi Bakıda, 7 faizi Abşeron-Xızı, 4,3 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.