İQTİSADİYYAT


Statistika Komitəsi: Azərbaycanda benzin və dizelin istehsalı artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ilin 3 rübündə Azərbaycanda 1 milyon 517,9 min ton dizel yanacağı, 906,3 min ton avtomobil benzini, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 61,2 min ton yanacaq mazutu, 108,5 min ton sürtkü yağları, 219,2 min ton neft bitumu və 195,9 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 408,3 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 76,3 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.