İQTİSADİYYAT


Statistika Komitəsi: Azərbaycanda dizel yanacağının istehsalı artıb

Statistika Komitəsi: Azərbaycanda dizel yanacağının istehsalı artıb

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycanda 850,2 min ton dizel yanacağı, 521,8 min ton avtomobil benzini, 92,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 247,7 min ton ağ neft, 30,1 min ton yanacaq mazutu, 21 min ton sürtkü yağları, 111,9 min ton neft bitumu və 110,1 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 266,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 0,9 faiz artıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 0,4 faiz, ağ neftin istehsalı 2,6 faiz, yanacaq mazutunun istehsalı 87,5 faiz azalıb. Dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.