İQTİSADİYYAT
Statistika Komitəsi Cenevrədə nəqliyyat statistikasına dair tədbirdə təmsil olunur
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi iyunun 12-14-də Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının Nəqliyyat statistikası üzrə işçi qrupunun 70-ci sessiyasında təmsil edilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Statistika Komitəsinin Xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev iştirak edir. Sessiyada Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal göstəricilərin hazırlanması, nəqliyyat statistikası üzrə məlumatların toplanması, işlənməsi və yayılması sisteminin təkmilləşdirilməsi, yeni metodologiyanın hazırlanması, nəqliyyat statistikası üçün qlossarinin yenilənməsi və nəqliyyat növləri bölgüsündə məlumatların müqayisəliliyinin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.