İQTİSADİYYAT


Statistika Komitəsi Dünya Bankı ilə gələcək əməkdaşlığın prespektivlərini müzakirə edib

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Həsən Naqvi, bankın Azərbaycan üzrə icraçı direktorunun müşaviri Namiq Nağdəliyev və ekspertlərin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonra Dünya Bankının ekspertləri tərəfindən Dövlət Statistika Komitəsinin əməkdaşlarına Avropa və Mərkəzi Asiya ölkələrinin təcrübələri əsasında maliyyə sisteminin təkmilləşdirilməsinə və biznesin inkişaf strategiyalarına dair təqdimat nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.