İQTİSADİYYAT


Statistika Komitəsi ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT və Azərbaycan Respublikası arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin (2021-2025) hazırlanması üzrə görülmüş işlər və Azərbaycanın milli statistika sisteminin növbəti beş il ərzində inkişaf prioritetləri müzakirə olunub.

Tahir Budaqov milli statistika sisteminin təkmilləşdirilməsi və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan dayanıqlı inkişaf məqsədləri (DİM) sahəsində komitə tərəfindən görülən işləri diqqətə çatdırıb. DİM-in qiymətləndirilməsi üçün müvafiq statistik göstəricilərin milli səviyyədə tətbiq edilməsinin hər bir ölkə üçün vacib olduğunu qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q.İshaqzai və beynəlxalq məsləhətçi Peter Midlbruk səmimi görüşə görə minnətdarlığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan BMT-nin fəal üzvlərindəndir. Bu gün dünyada istər qlobal, istərsə də milli səviyyədə 2030-cu ilə qədər müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunması olduqca aktualdır.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.