Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Statistika Komitəsində 2020-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələri rəhbərlərinin iştirakı ilə statistika orqanlarının 2020-ci ildəki fəaliyyəti və cari ildə qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında geniş kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin ölkəmizin çoxəsrlik tarixində mühüm uğurlar və əlamətdar hadisələrlə zəngin il olduğunu xatırladıb. Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində dünyada siyasi və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirildiyini, 44 günlük haqq savaşında şanlı qələbə qazanıldığını diqqətə çatdırıb. Bildirib ki, həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, ötən il koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda uzunmüddətli və dinamik sosial-iqtisadi inkişafın dayanıqlığı təmin edilib.

Tahir Budaqov Prezident İlham Əliyevin rəsmi statistikanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər və qurumun 2020-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilib. Statistik infrastrukturun yenilənməsi, statistik istehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarının və metodoloji tövsiyələrin təkmilləşdirilməsi, habelə statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilib.

Kollegiya iclasında qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2020-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurub. Görülmüş tədbirlər nəticəsində qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olunub.

Vurğulanıb ki, innovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası həyata keçirilir.

Statistika məlumatlarının toplanmasında, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95 faizi ötüb, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 3,2 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda, statistik məlumatların işlənməsi və təhlili imkanları da yüksəlib.

“E-statistika” sistemi çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən göstərilən və “Elektron hökumət” portalına inteqrasiya olunmuş xidmətlər, onların mobil versiyaları təkmilləşdirilib, bu xidmətlərdən asan və sərbəst, dövlət statistika orqanlarına gəlmədən istifadə edilməsi təmin olunub. Görmə qüsuru olan şəxslərin də komitənin internet səhifəsindən istifadə etməsini təmin etmək məqsədilə “WCAG” (Web Content Accessibility Guidline) beynəlxalq standartına uyğun olaraq “Görmə qüsurlu şəxslər üçün” adlı yeni səhifə yaradılıb.

Elektron xidmətlərlə bağlı görülmüş işlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Dövlət xidmətlərinin “ASAN xidmət” indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət” indeksi” üzrə agentliyin apardığı qiymətləndirməyə əsasən tərtib edilmiş reytinq cədvəlində Dövlət Statistika Komitəsi 42 qurum (o cümlədən 25-i mərkəzi icra hakimiyyəti orqanı) arasında əvvəlki ildə olduğu kimi, 2020-ci ildə də 2-ci mövqedə qərarlaşıb.

2020-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olub. BMT, Avrostat, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 61 metodoloji material hazırlanıb, statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilib. Dövlət Statistika Komitəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun icrasını təmin etmək məqsədilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyata alınması üzrə işləri davam etdirib və hesabat ilində 11 adda hesabat forması reyestrə daxil edilib.

Digər sahələrlə yanaşı, statistika orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi olub. Bu məqsədlə 2020-ci ildə 33 adda statistik məcmuə çap edilərək istifadəçilərə çatdırılıb, eyni zamanda nəşrlərin elektron versiyaları komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Komitənin veb-səhifəsi (“www.stat.gov.az”) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 15 minədək cədvəli, təhlil və metodoloji materialları əhatə edib. 2020-ci ildə internet səhifəsindən 90,5 faizi ölkə ərazisindən, 9,5 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 8375 istifadəçi bəhrələnib.

Hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edib ki, ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, UNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib. Milli statistika sisteminin inkişafı ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi yekunlaşıb. Bundan başqa, Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Daha sonra 2020-ci ildə hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə və Strateji Yol xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə müzakirələr aparılıb, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2021-ci ildə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək məqsədilə qurumun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür