İDMAN


Statistika Komitəsində mini futbol üzrə ənənəvi idman turniri keçirilir

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş mini futbol üzrə ənənəvi idman turnirinə start verilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, turnirdə Dövlət Statistika Komitəsinin mərkəzi aparatını və Bakı Şəhər Statistika İdarəsini təmsil edən ümumilikdə 6 komanda iştirak edir. Qrup oyunlarından sonra, mayın 4-də keçiriləcək final oyunu ilə turnirin qalibi elan olunacaq. Qalib komanda kubok, fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.