İQTİSADİYYAT


Statistika Komitəsinin “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşri işıq üzü görüb

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanaraq çap olunan “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, 762 səhifədən ibarət olan nəşr Azərbaycan və ingilis dillərində nəfis tərtib olunub. Kitabda son 25 ilin statistik göstəriciləri iki dövrdə (1993-2002-ci və 2003-2017-ci illər) ətraflı əhatə edilib.

Belə ki, hər iki dövr üzrə əhali, məşğulluq, institusional fəaliyyət, sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, rabitə, turizm, İKT, ticarət, xarici ticarət, təhsil, elm, mədəniyyət, idman, səhiyyə, həyat səviyyəsi, milli hesablar, maliyyə, ətraf mühit statistikasına dair göstəricilər əks olunub. Qeyd edilmiş sahələr üzrə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirak etdiyi rəsmi dövlət tədbirlərindən seçmə fotoşəkillər, həmçinin hər iki dövrü əks etdirən statistik göstəricilərin müqayisəsi əsasında tərtib edilmiş təhlillər və qrafiklər də kitabda öz əksini tapıb. Yeni nəşrin respublika ictimaiyyətinə, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə, beynəlxalq təşkilatlara, dünya ölkələrinin statistika orqanlarına, elm, təhsil müəssisələrinə, kitabxanalara, yerli icra hakimiyyəti və statistika orqanlarına təqdim olunması, həmçinin geniş oxucu kütləsinin istifadəsi üçün elektron versiyasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində - www.stat.gov.az yerləşdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.