İQTİSADİYYAT


Statistika Komitəsinin bir qrup əməkdaşı Sloveniyada təlimə qatılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Sloveniyada təlimə qatılıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, Statistika Komitəsinin bir qrup əməkdaşı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsi çərçivəsində Sloveniya Respublikasının Statistika İdarəsində statistikada keyfiyyətin idarə edilməsinə həsr edilən təlimdə iştirak edir. Təlimin əsas məqsədi Statistik Biznes-Prosesin Ümumi Modeli (GSBPM) və Statistika Təşkilatları üçün Ümumi Fəaliyyət Modelinin (GAMSO) tətbiqi, həmçinin statistikada çalışan əməkdaşların işə sərf etdikləri vaxtın qeydiyyatının aparılması sahəsində Sloveniya Statistika İdarəsinin iş təcrübəsinin öyrənilməsidir. Sloveniya Statistika İdarəsinin Lyublyanada yerləşən inzibati binasında 3 gün (19-21 sentyabr) davam edəcək təlimdə, həmçinin keyfiyyətin təmin olunmasına dair qaydalar toplusu və digər məsələlər də müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.