İQTİSADİYYAT
Statistika: on bir ayda 29,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
Bakı, 21 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 29,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, istehsal edilən məhsulun 70,4 faizi mədənçıxarma bölməsinin, 23,4 faizi emal bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Həmin müddətdə 38,4 milyon ton xam neft, 17 milyard kubmetr əmtəəlik qaz hasil edilib.
Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, idman və tibb avadanlıqları istehsalı 90 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]