İQTİSADİYYAT


Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır

Bakı, 21 sentyabr, AZƏRTAC 

Rusiya Federasiyasının Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının dəvəti ilə Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Stavropola səfər edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində sentyabrın 21-də bölgənin iş adamları ilə b2b formatlı görüşlər keçirilib. Stavropol vilayətinin Ticarət və Sənaye Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK tərəfdən baş katibin müavini Fuad Hümbətov, digər tərəfdən isə Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Obelenes imzalayıb. Digər əməkdaşlıq müqaviləsi isə ASK ilə Stavropol vilayətində Sahibkarlığa Dəstək Fondu arasında imzalanıb.

Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayesi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətovun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərsun Holdinq, Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.