DÜNYA


Stavropolda 235 gənc ailə dövlət proqramı çərçivəsində mənzil alacaq

Bakı, 15 avqust, AZƏRTAC 

2019-cu ilin sonunadək Stavropol diyarında 235 ailə “Gənc ailə” mənzil proqramının iştirakçısı olacaq.

AZƏRTAC Rusiyanın TACC agentliyinə istinadla bildirir ki, bu barədə Stavropol diyarının Tikinti və Arxitektura Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu il 235 ailə sözügedən proqram çərçivəsində şəxsi mənzillərinə köçəcəklər. Bildirişi alandan sonra gənc ailə 7 ay ərzində mənzil seçimini edə bilərlər.

Stavropol diyarında “Gənc ailə” dövlət proqramı 2006-cı ildən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.