DÜNYA


Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib

Vaşinqton, 26 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ evin mətbuat xidməti postuna Stefani Qrişamın təyinatını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Twitter” vasitəsilə birinci xanım Melani Tramp bildirib. O deyib: “Mən şadam ki, Stefani Qrişamın Ağ evin yeni mətbuat katibi və kommunikasiyalar üzrə direktoru təyin edilməsi xəbərini çatdırıram. O, 2015-ci ildən bizimlədir. Mən ABŞ Prezidenti ilə birgə Administrasiyaya və bizim ölkəmizə xidmət edəcək daha münasib adam təsəvvür edə bilmirik”.

Yeni mətbuat katibi səlahiyyətlərinin icrasına iyulun 1-dən başlayacaq.

S.Qrişam Şon Spayser və Sara Sandersdən sonra Prezident Trampın üçüncü mətbuat katibi olacaq. Ötən həftə Sanders ayın sonunda vəzifəsindən gedəcəyini bildirmişdi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.