İDMAN


Stend atıcılarımız dünya kuboku yarışında mübarizə aparacaqlar

Bakı, 8 may, AZƏRTAC

Mayın 10-18-də Koreya Respublikasının Çxanvon şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edəcək. Trap yarışlarında Əli Hüseynli və Aydan Camalova həm fərdi, həm də qarışıq cütlüklərin yarışlarında güclərini sınayacaqlar. Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftaxətdinova mübarizə aparacaqlar.

Dünya kubokunda 58 ölkədən 360 idmançı iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.